Yaxın Şərqdə tədarükün kəsilməsi ilə bağlı risklər neft qiymətlərini bahalaşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin mart müqaviləsində bir barelin qiyməti 13 sent və ya 0,2% bahalaşaraq 78,42 ABŞ dolları olub.

“WTI" markalı neftin fevral müqaviləsində bir barelin dəyəri isə 5 sent və ya 0,1% artaraq 72,73 ABŞ dollarına çatıb.

 

Gözəl Həşimova