Rusiyanın yanacaq ixracına qadağa tətbiq etməsi neft qiymətlərini bahalaşdırıb.
İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin noyabr müqaviləsində bir barelin qiyməti 32 sent və ya 0.3% bahalaşaraq 93.59 ABŞ dolları olub.
“WTI" markalı neftin noyabr müqaviləsində bir barelin dəyəri isə 24 sent və ya 0,2% artaraq 90,27 ABŞ dollarına çatıb.
Gözəl Həşimova