Yaxın Şərqdə gərginlik və Qəzzada atəşkəs danışıqlarının yenidən başlaması ilə neft qiymətləri bahalaşıb.
İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin dekabr müqaviləsində bir barelin qiyməti 18 sent və ya 0,2% bahalaşaraq 74,56 dollara çatıb.
"WTI" markalı neftin noyabr müqaviləsində bir barelin dəyəri isə 15 sent və ya 0,2% artaraq 70,34 dollar olub.
Gözəl Həşimova