ABŞ-nin Strateji Neft Ehtiyatı üçün neft almaq planı fonunda neft qiymətləri artıb.
İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin dekabr müqaviləsində bir barelin qiyməti 3 sent bahalaşaraq 71,45 dollara çatıb.
"WTI" markalı neftin noyabr müqaviləsində bir barelin dəyəri isə 7 sent artaraq 67,45 dollar olub.
Gözəl Həşimova