ABŞ-də xam neft ehtiyatlarının azalacağına dair gözləntilər fonunda neft qiymətləri bahalaşıb.
İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin noyabr müqaviləsində bir barelin qiyməti 34 sent və ya 0,5% bahalaşaraq 73,09 dollar olub.
"WTI" markalı neftin oktyabr müqaviləsində bir barelin dəyəri isə 49 sent və ya 0,7% artaraq 70,58 dollar təşkil edib.
Gözəl Həşimova