Ən böyük neft və qaz şirkətlərindən biri olan "Shell" birləşmə və satınalmalar üzrə işçilərinin 20 faizini işdən çıxaracaq.

Bu barədə İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir.

Şirkət xərcləri azaltmaq və 2-3 milyard dollarlıq qənaətə nail olmaq məqsədilə biznes bölmələrini yenidən strukturlaşdırmağa davam edir.  Hazırda birləşmə və satınalmalar bölməsində bir neçə yüz nəfər çalışır.

Qeyd edək ki, 2022-ci ildə "Shell"in işçi qüvvəsi 83 min nəfərdən 93 min nəfərə qədər artıb.

 

Gözəl Həşimova