Qlobal temperatur artımını 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq öhdəliyinə baxmayaraq, dünya üzrə neft və qaz istehsalçıları 2030-cu ilə qədər öz yeni yataqlarını 4 dəfə artıra bilərlər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə beynəlxalq qeyri-hökumət təşkilatı "Global Energy Monitor"un hesabatında deyilir.

Məlumata görə, 2023-cü ilin qlobal istiləşmə səbəbilə tarixin ən isti ili olmasına baxmayaraq, ən azı 20 neft və qaz yatağı üçün yekun investisiya qərarı verilib.

Bu yataqlardan hasil edilməsi planlaşdırılan neft və qazın miqdarının 8 milyard barel neft ekvivalenti olduğu təxmin edilsə də, sözügedən rəqəm Avropadakı bütün məlum neft ehtiyatlarına bərabərdir.

Bundan əlavə, keçən il təxminən 7,7 milyard barel neft ekvivalenti olan 19 yeni yataq kəşf edilib.

Bundan əlavə, 2030-cu ilin sonuna qədər dünyada neft və qaz şirkətləri 31,2 milyard barel neft ekvivalenti olan 64 yeni yatağın işlənməsi üçün yekun razılıq verməyi planlaşdırır.

 

Gözəl Həşimova