Dünya bazarında neft qiymətləri 1% aşağı düşüb.

İqtisadiyyat.az birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin may fyuçersləri 1,05 % ucuzlaşaraq 1 bareli 79,92 ABŞ dollarına satılıb. WTI neftinin aprel fyuçerslərinin qiyməti isə 1,11 % düşüb və 1 bareli 73,97 ABŞ dolları təşkil edib.

Qlobal treyderlər ABŞ-ın bank sektorundakı problemlər fonunda risk etməməyə üstünlük verirlər. Son günlərdə Avropanın birja indeksləri 3%, Asiyanın birja indeksləri təxminən 2% düşüb, neft və mis ucuzlaşıb, qızıl və bitkoin isə əksinə, bahalaşıb.