Rusiyanın nüvə silahlarına nəzarət danışıqlarını dayandırması ilə bağlı bəyanatının praktiki təsirinin olub-olmayacağı aydın deyil.

İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays CNN-ə açıqlamasında bildirib. O, ABŞ-ın nüvə silahları ilə bağlı mövqeyinin dəyişməz olaraq qaldığını qeyd edib.

Ned Prays əlavə edib ki, ABŞ bu il Rusiyanın yeni START müqaviləsinə əməl etmədiyini açıq şəkildə bəyan edib, ona görə də Vaşinqton Moskvanın hansı addımlar atdığını izləyəcək. “Biz hələlik nüvə mövqeyimizi, strateji duruşumuzu dəyişmək üçün heç bir səbəb görmürük”, - deyə Prays bildirib.