Bu gün artıq bir neçə gündür ki, paytaxtın müxtəlif ərazilərində elektrik enerjisinin verilməsində uzunmüddətli fasilələr yaranıb. Xüsusən Sulutəpə, Masazır, Maştağa, Digah, Binəqədi və.s ərazilərdə yaşayan insanlar bildirirlər ki, işıq problemi ilə bağlı “Azərişıq” onların müraciətlərinə cavab vermir, problemi həll etmir. 

İqtisadiyyat.az xəbər verir ki, sosial şəbəkələrdə başladılan etiraz kampaniyasına bir sıra məşhur simalar da qoşulub. Jurnalist Emin Musəvi öz tiktok səhifəsində “Azərişıq” ASC-yə müraciət ünvanlayıb, işıq probleminə diqqət çəkib. 

“Admedia” reklam agentliyinin rəhbəri Sabit Məmmədovun feysbuk statusuna da çoxsaylı şərh yazılıb. Lakin yenə də qurum paylaşımlara heç bir reaksiya verməyib. 

Həmin görüntüləri təqdim edirik

@eminmusavi

♬ Chopin Nocturne No. 2 Piano Mono - moshimo sound design