İqtisadiyyat.az xəbər verir ki, bu barədə NDU-nun rektoru Elbrus İsayev "Naxçıvan Dövlət Universitetində 2024-cü ilin yekunları və 2025-ci il üzrə prioritetlər" mövzusunda keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, ötən il NDU tarixində 2 198 nəfər tələbənin təhsilini bitirməsi ilə ali təhsil ocağının ən çox məzun verdiyi il olub.
Rektor 2024-2025-ci tədris ilinin məzun sayının 2 342 nəfər, qəbul sayının isə 3 099 nəfər proqnozlaşdırıldığını bildirib.
Vurğulayıb ki, illər üzrə təhlillər göstərir ki, tələbə kontingenti 2020-2021-ci tədris ilində 6 008 nəfə idisə, hal-hazırda bu rəqəm 11 163 nəfər təşkil edir, yəni son 3 ildə 2 dəfə artıb.
O eyni zamanda söyləyib ki, NDU-da 15 ölkədən 2000-ə yaxın əcnəbi tələbə təhsil alır.