Azərbaycan Respublikası Maliyyə Nazirliyində yeni yaradılmış İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

Maliyyə nazirinin müvafiq əmrinə əsasən bu vəzifəyə Mayis Piriyev təyin olunub.

O, indiyə qədər Maliyyə Nazirliyinin mətbuat katibi vəzifəsini icra edib.

M.Piriyev Bakı Dövlət Universitetini və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, müxtəlif illərdə “Yeni Azərbaycan” qəzetində, İctimai Televiziya və Radio yayımları şirkətində çalışıb.

Mayis Piriyev Oxu.Az-ın sorğusuna cavab olaraq məlumatı təsdiqləyib. 

Qeyd edək ki, bu barədə ilk məlumatı unikal.org yayıb.