Elm və Təhsil Nazirliyi  Nərimanov Rayon İcra Hakimiyyətini məhkəməyə verib.

İqtisadiyyat.az xəbər verir ki, iddia inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr – torpaq üzrə – Torpaq münasibətləri üzrə sair mübahisələr əsasında qaldırılıb.

İş Bakı Apellyasiya Məhkəməsində hakim Cahangir Yusifovun icraatındadır.

Məhkəmə ilə əlaqəli şifahi məhkəmə baxışı 08.06.2023, saat 14:40-a təyin edilib.