Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən İqtisadiyyat.az-a verilən məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 183 milyon manat, Prezident təqaüdləri üzrə 116 milyon manat ödənilib.
Bu ilin iki ayında 28 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 750 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.