Dünən Türkiyənin Ankara şəhərində müalicə aldığı xəstəxanada vəfat edən Əməkdar artist Aygün Bəylərin cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı sənədləşmə işləri aparılır.

Bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyindən məlumat veriblər.

Qeyd olunub ki, vida və dəfn məsələlərinə təyyarə Bakıya çatdıqdan sonra qərar veriləcək: "Cənazə Aygün Bəylərin Suraxanıdakı evinə gətirləcək".

Xatırladaq ki, uzun müddətdir, onkoloji xəstəlikdən əziyyət çəkən sənətçi dünən gecə Türkiyədə vəfat edib.