“Əsassız iddialarla məhkəməyə müraciət edən və müxtəlif yollarla Dövlət Sosial Müdafiə Fondu əleyhinə qərarlar əldə edənlərin qarşısı alınıb”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısının tapşırıqlarına uyğun olaraq pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək məqsədilə görülən tədbirlərə və qarşıda duran vəzifələrə dair keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, əgər 2017-ci ildə 10 min 800-ə yaxın DSMF əleyhinə qərar olubsa, bu gün bu rəqəm 1200-ə düşüb:

“Sayda 87 faizlik azalma olub. Rəqəmlərdə bu göstərici 63 milyondan 3,7 milyona düşüb. Məbləğdə 95 faizlik azalma var. Nəticədə, 238 milyon manatlıq dövlət büdcəsində əlavə təminat yaradılıb”.

“Həmin məbləğin 210 milyon manatı 190 manatlıq sosial ödənişin verilməsinə yönəldilir”, - deyə nazir qeyd edib.Oxu.az