Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə yeni rəis təyin edilib.

İqtisadiyyat.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, rəis vəzifəsinə polis polkovnik-leytenantı Tuncay Abbasov təyinat alıb.

Qeyd edək ki, Tuncay Abbasov deputat Aqil Abbasın oğludur. O bu təyinatadək Binəqədi RPİ-nin 7-ci polis bölməsinin rəisi olub.