Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təşkil olunan “Kənddən şəhərə” Qış Yarmarkası fəaliyyətə başlayıb.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, Bakı və Abşeronda üç ünvanda fəaliyyət göstərəcək yarmarkaya əvvəlcədən qeydiyyatdan keçmiş 100-dən artıq fermer öz məhsullarını çıxarıb.

Yarmarkanın fəaliyyətə başlamasına həsr olunan mərasimdə Kənd təsərrüfatı naziri İnam Kərimov, Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, TİKA-nın Azərbaycan Ofisinin rəhbəri Teoman Tiryaki, Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev iştirak ediblər.

Qeyd edək ki, Nərimanov rayonu ərazisində təşkil olunmuş yarmarka ərazisində “Aqrar Tədarük və Təchizat” ASC və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən  yenidənqurma işləri aparılıb, müasir tələblərə cavab verən infrastruktur yaradılıb.

“Kənddən şəhərə” Qış Yarmarkası dekabrın 31-dək davam edəcək. Yarmarkalar aşağıdakı ünvanlarda fəaliyyət göstərir:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)

- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A