13-cü administrasiyanın mehriban qonşuluq siyasəti İslam İnqilabı liderinin qonşularla əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi ilə bağlı bəyanatlarına uyğun olaraq ciddi irəliləyiş əldə edir.

İqtisadiyyat.az-ın məlumatına görə, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan öz tviter hesabında bildirib.

“Oman Sultanının Tehrana səfəri İran və Oman arasında strateji əməkdaşlığın möhkəmləndirilməsində mühüm yeni addım idi” – deyə nazir yazıb.

Xatırladaq ki, Oman sultanı Heysəm bin Tariq Əl Səid iki günlük səfərdə olan siyasi nümayəndə heyətinin başçılığı ilə Tehrana gəlib və burada ölkə prezidenti və İslam İnqilabının lideri ilə görüşüb.