"Azərbaycan dövlətinin siyasətində Azərbaycan vətəndaşının rifahı öndə tutulur".

İqtisadiyyat.az xəbər verir ki, bunu DOST TV-nin canlı yayımında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir xatırladıb ki, son 5 ildə 4 sosial islahat paketi həyata keçirilib.

“Sosial islahatlar davam edəcək. Minimum əməkhaqqı, pensiyanın artırılması istiqamətində işlərimizi davam etdirəcəyik” - deyə nazir əlavə edib.