İqtisadiyyat naziri Mikayıl Cabbarov koronavirus (COVID-19) əleyhinə peyvənd olunub.

O, bu barədə “Facebook” sosial şəbəkəsindəki hesabında bildirib.

“Mən də peyvənd olunmuşam və hər kəsə bu prosesə qoşulmağı tövsiyyə edirəm. Peyvənd koronavirusun yaratdığı təhlükənin məhdudlaşdırılması, cəmiyyətimizin virusa qarşı immunitetinin yüksəldilməsi və hər birimizin sağlamlığımızın qorunması üçün effektiv vasitədir”, - deyə nazir qeyd edib.