“150 mindən artıq pedaqoji fəaliyyətlə məşğul olan insandan 125 mini sadəcə, müəllimdir və heç bir vəzifə tutmur”.

Bbunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, müəllimləri 4 ilə qədər sertifikasiyadan keçirməyi planlaşdırırlar: “Buna texniki imkanlarımız var. Gələn il 7-10 min müəllimi imtahandan keçirəcəyik. Pandemiya bizə çox şey öyrətdi. Sertifikasiyadan keçməyən müəllimlərlə bağlı biz hələ ki, 1-ci mərhələdən keçməyənlərdən danışırıq. Diaqnostikadan sonra biz bütün aşağı bal yığan müəllimlərə təlim keçmişdik. Sertifikasiyadan keçməyənlərə də təlim keçəcəyik. Amma elə müəllimlər var ki, təlimdən sonra da onun nəticəsi qalxmır. Hər imtahanın arxasında ciddi data var. Sertifikasiyadan keçməyən 20 % müəllimdən 5-10 %-i hansı sualı versək də, cavab verə bilməyəcək. Bu gün bizim komandanın çətinliyi odur ki, sualı necə yazaq ki, müəllim cavab verə bilsin”.