Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi vəzifəsinə müvəqqəti təyinat olub.
İqtisadiyyat.az xəbər verir ki, müvafiq əmrlə bu vəzifənin icrası Xaliq Mirzəyevə həvalə edilib.
O, bu təyinata qədər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, bundan əvvəl Xidmətin rəisi Firuddin Əliyev olub. 37 yaşlı F.Əliyev 2020-ci ildə bu vəzifəyə təyin olunmuşdu.