"Ötən il 29,3 milyard kVt-st istehsal, 3,2 milyard kVt-st ixrac göstəriciləri ilə elektrik enerjisinin istehsalı və ixracı xeyli dərəcədə yüksəlib".
İqtisadiyyat.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bildirib.
2023-cü ildə 23,2 milyard kVt-st elektrik enerjisi istehlak edilib. Elektrik enerjisi itkiləri 2,9 faiz azaldılıb. Bu ilin 9 ayı ərzində 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 247,7 milyon kVt-st artımla 21,8 milyard kVt-st olub ki, burada 9 dəfədən çox günəş-elektrik enerjisi istehsalı bərpaolunan mənbələrin payını 14,1 faizə yüksəldib. İxrac isə Gürcüstana 898,7 milyon, Türkiyəyə 176,4 milyon, Rusiyaya 137,4 milyon və İrana 27,9 milyon kVt-st olmaqla ümumilikdə 1,2 mlrd. kVt-st təşkil edib. Elektrik enerjisinin idxalı bu dövrdə azalaraq 139,4 mln. kVt-st olub.