Elm və təhsil naziri Emin Əmrullayev COP29 zamanı bağçaların fəaliyyəti məsələsinə aydınlıq gətirib.

İqtisadiyyat.az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında deyib ki, çalışan analar üçün bağçalar olduqca önəmlidir. Buna görə də COP29 tədbirləri günlərində bağçaların fəaliyyətinin tamamilə dayandırılması nəzərdə tutulmayıb.

“Noyabr ayında Azərbaycanda keçirilən COP29 tədbiri müddətində bağçaların fəaliyyəti ilə bağlı yanaşmamız ondan ibarətdir ki, həmin təhsil müəssisələri fəaliyyət göstərsin. Çünki çalışan analar üçün bağça önəmlidir. Ona görə də bağçalar həmin ərəfədə fəaliyyətini davam etdirəcək. Sadəcə xüsusi hallarda ümumi proses üçün bu fəaliyyət üçün hər hansı problem yaradacağı təqdirdə müdaxilə oluna bilər.

Çünki normalda bağçalarda məcburi davamiyyət yoxdur. Misal olaraq, adətən valideynlər məzuniyyətə gedirsə, övladlarını özləri ilə götürür”, - Emin Əmrullayev qeyd edib.///apa