İqtisadiyyat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, son gərginliyin başlanma səbəbi ondan ibarətdir ki, Pakistan ərazisinə ciddi bir əsaslar gətirilmədən Hindistan tərəfindən zərbələr endirildi:  "Yəni bir dövlət digərinin ərazisinə zərbələr endirməyə başladı və bu, çox ciddi bir gərginliyə səbəb oldu. Biz bunun qəbul edilməz olduğunu və eyni zamanda hər iki tərəfə bu gərginliyə son qoymağa, siyasi-diplomatik müstəvidə həlli istiqamətində çağırış etdik".