“Ötən illə müqayisədə bu ilin dörd ayında qeyri-neft ixracında 40 faiz artım müşahidə edilib”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Avropa İttifaqı biznes forumunda çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, bu da fiskal gəlirlərə müsbət təsir edib:

“Ötən il Azərbaycanda qeyri-neft sahəsində ÜDM 6 faiz artıb. Bu ilin ilk dörd ayında da ÜDM artımı 7,2 faiz olub və qeyri-neft ÜDM-i 11 faizi üstələyib”.

O əlavə edib ki, neft və qaz əsas ixrac əmtəəsi olaraq qalmaqdadır.