"Abu-Dabidə Yaşıl Hidrogen Sammitində Azərbaycanın dekarbonizasiya və ixrac məqsədilə yaşıl hidrogenin inkişafı ilə bağlı siyasəti, beynəlxalq enerji şirkətlərlə əməkdaşlığı, “Xəzər-Qara dəniz-Avropa”, “Mərkəzi Asiya-Azərbaycan-Avropa” yaşıl enerji dəhlizlərinin yaradılması üzrə fəaliyyətindən danışdıq".

İqtisadiyyat.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X"də bildirib.

"Azərbaycan əlverişli, təhlükəsiz və "təmiz enerji” sisteminə keçidin mühüm komponenti olan “yaşıl hidrogen”in təchizatçısı olmaq imkanlarına malikdir", - o, qeyd edib.