İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, son illərdə ölkənin ixrac imkanları da genişlənməkdədir: "Son illərdə ölkə iqtisadiyyatının neft-qaz sektorundan asılılığının əhəmiyyətli dərəcədə azalması müşahidə edilir. 2018-ci ildə neft hasilatının həcmi 38,8 milyon ton olub. 2024-cü ildə isə 29,2 milyon tondur. 2014-cü ildə brend markalı neftin qiyməti 99 ABŞ dollar olub. 2024-cü ilin dürüstləşdirilmiş büdcəsində neft gəlirlərinin büdcə gəlirlərində payı 49 %-ə enib. Müsbət meyillərdən biri də inflyasiyanın əhəmiyyətli dərəcədə aşağı düşməsidir".