Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Çexiyanın Baş naziri Petr Fiala ilə görüşüb.


İqtisadiyyat.az xəbər verir ki, Hulusi Akar rəsmi səfərdə olduğu Çexiyanın paytaxtı Praqada Müdafiə Nazirliyindən sonra TBMM binasına gedərək baş nazir Fiala ilə görüşüb.

Görüşdə Akar iki ölkə arasında xüsusilə müdafiə sənayesi və hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Nazir Akar da işlərlə bağlı brifinq almaq üçün ölkənin əhəmiyyətli müdafiə sənayesi şirkətlərindən biri olan Omnipola gedib. Səfər zamanı Akarı Türkiyənin Praqadakı səfiri Egemen Bağış müşayiət edib.

14 ildən sonra müdafiə naziri səviyyəsində ilk səfərini Çexiyaya edən nazir Akar Praqada da Türkiyə vətəndaşlarının yaxından diqqəti ilə qarşılaşıb. Şəhərdəki türklər Akarla söhbət edib, xatirə şəkli çəkdiriblər.