Elm və təhsil naziri Emin Əmrullayev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təhsil sahəsində çalışan qadınlara təbrik mesajı göndərib.

İqtisadiyyat.az xəbər verir ki, mesaj 200 min qadına ünvanlanıb.

“Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, cansağlığı, səadət və müqəddəs peşə fəaliyyətinizdə uğurlar arzulayıram”, - deyə SMS-də qeyd olunub.