Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında bildirib ki, Naxçıvanın illik enerji ehtiyacı Türkiyə vasitəsilə ödəniləcək.

İqtisadiyyat.az xəbər verir ki, iclasdan sonra xalqa müraciət edən Ərdoğan ölkəsinin enerji siyasətinə də toxunub.  

"Enerji sahəsində Əlcəzair, İran, İraq, Yaponiya, Venesuela, ABŞ, Azərbaycan, Gürcüstan və Çin Xalq Respublikası ilə əməkdaşlıq qurulub", - Türkiyə lideri bildirib.