Cari ilin 10 ayı ərzində muxtar respublikada istehsal edilmiş məhsullardan Gürcüstan Respublikasına 3,2 milyon ABŞ dolları, Rusiya Federasiyasına 1,2 milyon ABŞ dolları, Yəmən Respublikasına 1,3 milyon ABŞ dolları və digər ölkələrə 3,1 milyon ABŞ dolları olmaqla, ümumilikdə 8,8 milyon ABŞ dolları dəyərində ixrac olunub.
İqtisadiyyat.az xəbər verir ki, bunu Naxçıvanda “Dövlət-Biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda sahibkarlarla keçirilən görüşdə muxtar respublikanın iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov deyib.
Cari ilin 11 ayında Naxçıvanda istehsal olunmuş məhsulların ixracı üçün 335 mənşə seritfikatı verilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,1 faiz çoxdur.