Ordubad şəhərində yerləşən “Ərbabın İş Yeri” tarixi mədəniyyət abidəsi bərpa olunacaq.

İqtisadiyyat.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi bununla bağlı hazırlıqlara başlayıb.

Belə ki, “Ərbabın iş yeri” və ona bitişik tarixi binanın əvvəlki vəziyyətinə qaytarılması və əsaslı təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanmasına start verilib.

"Storm Building" şirkəti layihə-smeta sənədlərini 57 500 manata hazırlayacaq.