Muxtar Respublikanın Mədəniyyət Nazirliyindən İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, budəfəki festivalın Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında təşkili nəzərdə tutulub.
Məlumata görə, festival bir neçə gün davam edəcək. Tanınmış müğənnilərin iştirakı ilə keçiriləcək festivalda müxtəlif musiqi parçalarının ifası, milli rəqslərimizdən ibarət kompozisiyanın, folklor və mətbəx nümunələrinin təqdimatı, eləcə də müxtəlif sənətkarlıq nümunələri və əl işlərindən ibarət sərgi-satışın nümayiş olunması nəzərdə tutulub.
Festivalda həmçinin müxtəlif əyləncəli oyunlar təşkil ediləcək.
Qeyd edək ki, muxtar respublikada hər il Novruz bayramı münasibətilə ənənəvi olaraq Bahar festivalı keçirilir. Ötənilki festival “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təşkil olunub.