Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.

İqtisaidyyat.az xəbər verir ki, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti birləşdirilib.

Beləliklə, onların əsasında yeni Nazirlik yaradılıb.

Nazirliyin əsasnaməsi hazırlanacaq, habelə strukturu və işçilərinin ümumi say həddi müəyyənləşəcək.

Həmçinin digər sərəncamla Rahid Zahid oğlu Ələkbərli quruma nazir müavini təyin edilib. Eləcə də nazir təyin olunana qədər həmin vəzifənin müvəqqəti icrası ona həvalə edilib.