İqtisadiyyat.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 22,6 % çoxdur.

Hesabat dövründə ödənilən vergilərin 66,8 %-i qeyri-dövlət sektorunun, 33,2 %-i isə dövlət sektorunun payına düşüb.

Qeyri-dövlət sektorundan daxilolmalar 64,1 milyon manat təşkil edib. 2024-cü ilin 5 ayına nisbətən bu sektordan vergi daxilolmaları 13,6 milyon manat və yaxud 26,9 % çox olub.