Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən İqtisadiyyat.az-a verilən məlumata əsasən, Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2024-cü ildə 17,7 milyon manat güzəştli kreditlərin geri qaytarılması təmin edilib ki, bu da 2023-cü illə müqayisədə 2,9 dəfə çoxdur. 

2024-cü ildə 11,0 milyon manat problemli kreditlərin qaytarılması təmin edilib ki, bu da 2023-cü illə müqayisədə 14,5 dəfə çoxdur. Fondun ehtiyatlarının qalıq məbləği ilin əvvəli ilə müqayisədə 2,9 dəfə artaraq 1 yanvar 2025-ci il tarixə 19,2 milyon manat təşkil edib.