2023-cü il yanvarın 1-dən bu günədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən iqtisadi inkişafın prioritet istiqamətləri üzrə müəyyənləşdirilmiş sahələrin maliyyələşdirilməsinə 24 layihə üzrə 4 milyon 167 min manat məbləğində vəsait ayrılıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bunu Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsin idarə heyətinin sədri Novruz Novruzlu bildirib.

Onun sözlərinə görə, bu vəsaitin 3.690.000 manatı sənaye məhsullarının istehsalına, 462.000 manatı kənd təsərrüfatı məhsullarının istehsalına, 15.000 manatı isə xidmət sahələrinin inkişafına yönəldilib.

Sədr qeyd edib ki, bu il güzəştli kredit layihələrinin sayca 99,7 faizi sənaye və kənd təsərrüfatının payına düşüb.