Ordubad şəhərində yerləşən “Ərbabın İş Yeri” və tarixi binanın əvvəlki vəziyyətinə qaytarılması ilə bağlı layihə-smeta sənədləri tam hazırlanıb.
İqtisadiyyat.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi bununla bağlı hazırlıqları yekunlaşdırıb.
Qurum indi isə “Ərbabın İş Yeri” və tarixi binanın əvvəlki vəziyyətinə qaytarılması və əsaslı təmir işlərinə başlayır.
Nazirlik restavrasiya və təmir-bərpa işlərinin 2.546.864,80 manata başa gələcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, layihə-smeta sənədlərinin hazırlanmasına ötən ilin iyunundan başlanılıb. Bərpa işlərinin iki il müddətinə tamamlanması nəzərdə tutulur.