Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yararsız at ətini mal əti adı altında kafe və restoranlara satmada şübhəli bilinən şəxslər müəyyən edilib.

İqtisadiyyat.az "Report"un yerli bürosuna istinadən xəbər verir ki, bu barədə Babək Rayon Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, rayon polis idarəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında həyata keçirilən tədbirlərlə rayon sakinləri - Araz Cəfərli və İlyas Abbasov saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

Davam etdirilən tədbirlərlə ət tədarük olunan obyektlər müəyyən edilərək qida üçün yararsız məhsullar satışdan çıxarılıb.

Faktla bağlı Babək Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.