Naxçıvanda 19 yaşlı gənc bıçaqlanıb.

İqtisadiyyat.az Report-a istinadən xəbər verir ki, 2005-ci il təvəllüdlü Abbaslı İsmayıl Yəhya oğlu bıçaq xəsarəti alıb.

Yaralı Naxçıvan Sağlamlıq Mərkəzinə aparılaraq əməliyyat olunub.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

İ.Abbaslıya Şərur rayon Cəlilkənd sakini, 2005-ci il təvəllüdlü Kərimov Tural Vəli oğlu xəsarət yetirməkdə şübhəli bilinir.

Fakt araşdırılır.