Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin direktoru Bəhruz Əzimov vəzifəsindən azad edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.

Bəhruz Əzimovun yerinə isə Cəlal Mehdiyev təyin olunub.

Cəlal Mehdiyev dünən kollektivə təqdim edilib.