İqtisadiyyat.z xəbər verir ki Naxçıvan Muxtar Respublikası üzrə bütün vergi ödəyicilərinin yeni rekvizitlər barədə məlumatlandırılması məqsədilə müvafiq məlumatlar Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib:

https://www.taxes.gov.az/az/page/budce-rekvizitleri-barede-melumatin-verilmesi

İşsizlikdən sığorta üzrə yığımlara dair büdcə təsnifat kodları aşağıdakı kimidir:

123100 - İşəgötürənlərin əməyi fondundan hesablanan işsizlikdən sığorta haqqı
123200 - İşləyənlərin əməkhaqlarından hesablanan işsizlikdən sığorta haqqı
123300 - İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş digər gəlirlər.
Büdcə səviyyə kodu: 4

İşsizlikdən sığorta üzrə faiz, cərimə və sanksiyalara dair büdcə təsnifat kodları aşağıdakı kimidir:

126100 – İşsizlikdən sığorta haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə tətbiq edilən maliyyə sanksiyalarından daxilolmalar
126200 – İşsizlikdən sığorta haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilolmalar
126300 – İşsizlikdən sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanmasından daxilolmalar
Büdcə səviyyə kodu: 4