Muxtar respublikanın Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən İqtisadiyyat.az-a verilən məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 3,1% çoxdur.

Dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 2,5% artaraq 3 277 manat olub.

Ötən il muxtar respublikada 467,2 milyon manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 8,2% azdır.

Eyni zamanda, ötən il muxtar respublikada əsas kapitala 270,6 milyon manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 62,3% artım deməkdir.

Dövr ərzində əsas kapitala yönəldilmiş vəsaitlərin 230,6 milıyon manatı tikinti-quraşdırma işlərinə sərf edilib ki, bu da 2023-cü illə müqayisədə 68,1% çoxdur.