Naxçıvan Dövlət Filarmoniyasına “muxtar respublika” statusu verilib.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı bu gün filarmoniyada tədbir keçirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası (NMR) Nazirlər Kabinetinin Aparat rəhbəri Aləm Bağırov bildirib ki, NMR-in Nazirlər Kabineti Naxçıvan Dövlət Filarmoniyasına “muxtar respublika” statusu verilməsi ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, hazırda Naxçıvan Dövlət Filarmoniyasında 200-ə yaxın sənət adamı fəaliyyət göstərir.