NATO alyansı Ukraynaya 55 milyard dollarlıq hərbi yardım edib.

 İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin deyib.

Nazir qeyd edib ki, NATO ölkələri Ukraynada müharibə başlayandan indiyə qədər Rusiyaya qarşı mübarizə aparması üçün Ukraynaya hərbi yardım çərçivəsində 55 milyard ABŞ dolları dəyərində silah-sursat göndərib.