“Ukraynanın NATO-ya qəbulu məsələsinə baxılması yalnız ölkə ərazisində münaqişə bitdikdən sonra mümkündür”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Çexiya Prezidenti Petr Pavel NATO-nun Baş katibi Yens Stoltenberqlə danışıqlardan sonra deyib.

Siyasətçi Qərb ölkələrini Ukraynaya uzunmüddətli və hərtərəfli dəstək verməyə davam etməyə çağırıb.

“Bizim Ukraynanı dəstəkləməkdən başqa alternativimiz yoxdur”, - Çexiya lideri bildirib.