"Ukrayna münaqişəsində döyüş meydanında vəziyyət son dərəcə ciddi olaraq qalır".

İqtisadiyyat.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın müharibəyə başlamasının ikinci ildönümü ilə bağlı deyib.

"Döyüş meydanında vəziyyət son dərəcə ciddi olaraq qalır. Rusiyanın sülhə hazırlaşdığına dair heç bir əlamət yoxdur. Ukrayna öz azadlığını və müstəqilliyini qoruyur. Bu, NATO müttəfiqlərinin böyük hərbi və iqtisadi dəstəyi sayəsində mümkün oldu. Təkcə son günlərdə və həftələrdə NATO müttəfiqləri milyardlarla dollarlıq yeni yardım paketləri elan etdilər. Çünki Ukrayna NATO-ya əvvəlkindən daha yaxındır", - deyə o qeyd edib.

 

Gözəl Həşimova