NATO ölkələrinin xarici işlər nazirləri mayın 31-də Norveçdə keçiriləcək qeyri-rəsmi görüşdə bir araya gələcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə NATO açıqlama verib. 

Norveçin ev sahibliyi etməsi təklif edilən xarici işlər nazirlərinin toplantısının 31 may-1 iyun tarixlərində paytaxt Osloda keçiriləcəyi bildirilib. 

NATO -nun baş katibi Yens Stoltenberq mövzu ilə bağlı şərh verib:  

"Norveçin təklifinə görə minnətdaram. Doğma şəhərimdə NATO xarici işlər nazirləri ilə görüşməyi səbirsizliklə gözləyirəm". 

Stoltenberq bildirib ki, görüşdə Ukraynadakı müharibə ilə dəyişmiş təhlükəsizlik vəziyyəti və Ukraynaya dəstək müzakirə olunacaq.